"Qarabağ"ın rəqibi "Bavariya" ilə heç-heçə etdi

"Qarabağ"ın rəqibi "Bavariya" ilə heç-heçə etdi
XƏBƏR 16 Sentyabr 2023 / 00:29 3835
-  A +

Bu gün Almaniya Bundesliqasında 4-cü tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" səfərdə "Bavariya" ilə qarşılaşıb və heç-heçə edib - 2:2.

Qeyd edək ki, "Bayer" hazırda turnir cədvəlində 10 xalla liderdir, eyni xalı olan "Bavariya" isə 2-cidir.

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında 3-cü tur matçı 26 oktyabrda Almaniyada, cavab oyunu isə 9 noyabrda Bakıda keçiriləcək.

Almaniya Bundesliqası, 4-cü tur

15 sentyabr

"Bavariya" - "Bayer" - 2:2

Qollar: H.Keyn, 7, L.Qoretska, 86 - Qrimaldo, 24, E.Palasios, 90+4 (pen.)

Daha çox


Son xəbərlər
topaz banner