Mövsümün ilk "El-Klassiko"sunun vaxtı məlum oldu

Mövsümün ilk "El-Klassiko"sunun vaxtı məlum oldu
XƏBƏR 15 Sentyabr 2023 / 16:59 3920
-  A +

2023/2024 mövsümündə "Barselona"ilə "Real" arasında keçiriləcək ilk rəsmi matçın vaxtı məlum olub.

Qol.az xəbər verir ki, ilk "El-Klassiko" oktyabrın 28-də Barselonada olacaq. La Liqa çərçivəsində oynanılacaq matçın startı Bakı vaxtı ilə saat 19:15-ə təyin edilib.

Xatırladaq ki, “Barselona” "El-Klassiko"larda qələbə sayına görə “Real”ı qabaqlayır. Kataloniya klubu 102, Madrid təmsilçisi isə 101 dəfə qalib gəlib.

Daha çox


Son xəbərlər
topaz banner