UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ermənistan Futbol Federasiyası Avro-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiyaya qarşı matçda qaydaların pozulmasına görə ittiham olunub. Sözügedən oyununda stadionda ictimai keçidlər bağlanıb, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajlar verilib, həmçinin azarkeşlər protexniki vasitələrdən istifadə ediblər. Bundan əlavə, matç nəzərdə tutulduğu vaxtdan gec başladığı üçün Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalandırıla bilər.
Qeyd edək ki, Xrovatiyaya qarşı görüşdə ermənilər dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. AFFA bunun ardından bəyanat yayıb və məsələ ilə əlaqədar UEFA-ya müraciət ediləcəyini bildirib.
Xatırladaq ki, oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı