Yuri Maksimovun yeni iş yeri bilindi

Yuri Maksimovun yeni iş yeri bilindi
XƏBƏR 14 Sentyabr 2023 / 21:08 2752
-  A +

“Keşlə”nin (indiki "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Ukraynanın "Dnepr-1" klubunun baş məşqçisi təyin edilib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Ukraynalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

"Dnepr-1" hazırda Ukrayna Premyer Liqasında 6 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Yuri Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. O, son olaraq ölkəsində "Vorskla"nı çalışdırıb.

Daha çox


Son xəbərlər
topaz banner