İspaniya La Liqası dünyanın ən uzun adlı klubuna sponsorluq edəcək.
Qol.az xəbər verir ki, sözügedən klubun tam adı "Llanfairpwllgwyngyllgogerychwyrndropwllllantysiliogogogoch"dur. Uels Liqa 5 təmsilçisinin qısa adı isə “CPD Llanfairpwll”dir
La Liqanın direktoru Kiqan Pirs bu razılaşma haqqında fikirlərini bölüşüb. O deyib: “La Liqa İspaniyada sadəcə futbol qurumu deyil. Bu, milyonlarla insanın izlədiyi və həzz aldığı, dünyanın ən böyük futbol ekosistemidir. Yeni brendin yerləşdirilməsi bu il qüvvəyə mindiyi üçün bu tərəfdaşlıq bizim yeni vizual şəxsiyyətimizi - "LL"i yaradıcı şəkildə həyata keçirmək üçün əla yol olacaq, eyni zamanda bizə Böyük Britaniyada yerli dəstəyimizi daha da genişləndirməyə imkan verəcək".
Razılaşma çərçivəsində komandanın formalarında yeni La Liqa loqosu əks olunacaq. Uelsin 5-ci divizionundan mübarizə aparan klubla müqavilə 1 mövsümlükdür.
Klubun adının verildiyi qəsəbənin adında qoşa “l” hərfi beş dəfə təkrarlanır. Bu beş qoşa samitdən hər biri La Liqa loqosu şəklində təsvir olunacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı