Türkiyənin Düzcə vilayətinin valisi Səlcuk Aslan polis əməkdaşı Ramazan Şahini mükafatlandırıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Şahin Avro-2024-ün ötən həftə keçirilən Türkiyə - Ermənistan matçından əvvəl Azərbaycan bayrağına yüksək ehtiram nümayiş etdirib. O, matçdan əvvəl yoxlanış zamanı bir azarkeşin əlindəki bayrağı alaraq səliqə ilə qatlamış, öpmüş, sonra isə xanım həmkarına vermişdi. Qadın polis də bayrağı bir neçə dəfə öpdükdən sonra bir kənara qoymuşdu. Bu addım insanlar tərəfindən təqdir edilmiş, polislərin isə alqışını qazanmışdı.

Həmin hadisədən sonra Düzcə vilayətinin valisi Səlcuk Aslan polis əməkdaşı Ramazan Şahini qəbul edib. O, R.Şahini fəxri fərmanla mükafatlandırıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası UEFA-nın təlimatına əsasən, Ermənistanla oyuna üçüncü ölkənin (Azərbaycanın) bayrağının buraxılmaması barədə qərar verib. Buna baxmayaraq, bəzi azarkeşlər tribunaya Azərbaycan bayrağını keçirə bilib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı