“İki gündür tam heyətlə məşq edirik. Buna qədər mən də daxil legionerlər öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni meydanda necə oynamalıyıq, onu məşq edirik".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirəcəkləri ilə oyun öncəsi deyib.
"Rəqibi hələ analiz etməmişik. Gecə yola düşürük. Orda da hazırlaşmaq üçün vaxtımız olacaq. İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan millilərin hər birinin şansı var" - deyə o bildirib.
Qolkiper Rumıniya millisinin fərqli oyun üslubunda çıxış etdiyini vurğulayıb: "Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik.
Rumıniya ilə oyunla bağlı baş məşqçi həlkə konkret tapşırıq verməyib. Bunu yəqin oyundan 1 gün əvvəl edəcək. Əlbəttə, hər birimiz qələbə qazanmaq istəyindəyik. Final mərhələsində iştirak etmək istəyiriksə, geriyə yol, hansısa riyazı hesablamalar aparmağa ehtiyac yoxdur. Hər bir oyunda maksimum nəticə qazanmalı, birinci yeri tutub final mərhələsinə yüksəlmək haqda düşünməliyik. Final fitinə qədər mübarizə aparmalıyıq”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı