İordaniya milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Asiya təmsilçisinin baş məşqçisi Hussein Ammuta matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Norveçə qarşı ağır məğlubiyyətdən sonra psixoloji cəhətdən komandanı oyuna necə hazırlamısız? Azərbaycanla oyundan gözləntiniz nədir?
- Biz rəqibə qarşı yaxşı oynamadıq. Matçdan sonra oyunçularla danışdıq. Sabahkı qarşılaşmadan qabaq iki məşqimiz var. Oyunlarımızı analiz edəcəyik.
- Azərbaycan Avropanın güclü millilərindən hesab edilmir. Oyunsuz qalmamaq üçün bizimlə oynadınız, yoxsa hansısa gözləntiniz var?
- Bilirik ki, Azərbaycan millisi Avropanın ən güclülərindən deyil. Buna baxmayaraq, texniki heyət rəqibə hörmətlə yanaşır. Azərbaycan yaxşı oynamağı bacarır. Millimizin bura ilk səfəridir. Səfərdə yaxşı nəticə əldə edərək, toplanışı müsbət nəticə ilə bitirmək istəyirik.
- İordaniya millisinin üzvü Omar Hani Azərbaycanda oynayır. Onunla söhbət etmisiz?
- Onun performansını izləyirik. Bu dəfəki toplanışda olmayacaq. Amma növbəti toplanışlarda şans əldə edə bilər. Daha çox sabahkı matça köklənmək istəyirik. Bilirik ki, Azərbaycan bir neçə gün öncə Belçikaya qarşı oynadı. Rəqibin son dörd oyununu izləmişik. Sabahkı görüşdə yaxşı nəticə əldə edib, geri qayıtmaq istəyirik(sportal.az).
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı