"Barselona" Xavinin maaşını ikiqat artırır

"Barselona" Xavinin maaşını ikiqat artırır
XƏBƏR 11 Sentyabr 2023 / 17:27 2166
-  A +

"Barselona"nın baş məşqçisi Xavi yaxın günlərdə Kataloniya klubu ilə müqaviləsini uzadacaq.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Yeni müqaviləyə əsasən, ispaniyalının maaşı iki dəfə artacaq. Daha əvvəl onun "Barselona"da ildə təxminən 4 milyon avro qazandığı bildirilirdi.

Xavi 2021-ci ilin noyabrında İspaniya klubunu çalışdırır. Mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Ötən mövsüm "Barselona" onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner