"Ərəb klubu "Neftçi"dən daha tez tərpəndi"

"Ərəb klubu "Neftçi"dən daha tez tərpəndi"
XƏBƏR 11 Sentyabr 2023 / 12:27 6089
-  A +

"Neftçi"nin maraq dairəsinə düşmüş xorvatiyalı futbolçu Marko Duqandziç Səudiyyə Ərəbistanının "Əl-Tai" klubuna transfer olunub.

Qol.az xəbər verir ki, Rumıniya mətbuatı bunadək "Rapid-1923"də oynamış 29 yaşlı mərkəz hücumçusunu Azərbaycan klubunun almaq istədiyini yazıb. "Neftçi"nin hazırkı baş məşqçisi Adrian Mutu Bakıya gələnə qədər məhz "Rapid-1923"ü çalışdırıb.

Marko Duqandziç jurnalistlərə müsahibəsində "Neftçi"nin onunla maraqlandığını təsdiqləsə də, onlardan konkret təklif almadığını da deyib.

"Neftçi" konkret təklif irəli sürmədi. Bilmirəm, problem nədə idi. "Əl-Tai" isə daha tez tərpəndi. Bu kluba keçdiyimə görə çox xoşbəxtəm. Mən Səaudiyyə Ərəbistanı liqasının bombardiri olmağa hazıram" - deyə o qeyd edib. 

Daha çox


Son xəbərlər
topaz banner