Andrade millidə 68 dəqiqə oynadı

Andrade millidə 68 dəqiqə oynadı
XƏBƏR 11 Sentyabr 2023 / 11:50 4110
-  A +

"Qarabağ"ın futbolçusu Leandro Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti görüşünə çıxıb.

Qol.az xəbər verir ki, sözügedən komanda Toqo ilə qarşılaşıb. 5 qolun vurulduğu görüş Kabo-Verdenin məğlubiyyəti ilə başa çatıb - 2:3.

Andrade bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 68-ci dəqiqə əvəzlənib.

Kabo-Verde 6 turdan sonra 10 xalla B qrupunda ikinci sırada yer alıb və Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner