Yankoviç Bolqarıstana qarşı oynadı

Yankoviç Bolqarıstana qarşı oynadı
XƏBƏR 10 Sentyabr 2023 / 23:04 3022
-  A +

Avro-2024-ün seçmə mərhələsində 6-cı turun görüşləri keçirilir.

Qol.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi öz meydanında Bolqarıstanla qarşılşaıb. Oyun Monteneqronun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yankoviç start heyətdə meydana daxil olub və 84-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Monteneqro yığması 5 oyundan sonra 8 xal toplayıb və qrupda 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner