Ronaldo yığmanın oyununu buraxacaq

Ronaldo yığmanın oyununu buraxacaq
XƏBƏR 10 Sentyabr 2023 / 16:19 2565
-  A +

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Avro-2024-ün 6-cı turunda Lüksemburqla matçı buraxacaq.

Qol.az xəbər verir ki, buna səbəb onun sarı vərəqə limitini keçməsidir. Ona görə də 38 yaşlı forvard yığmaya kömək edə bilməyəcək.

Sözügedən matç sentyabrın 11-də San João da Vendadakı (Portuqaliya) “Alqarve” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Ronaldo Avro-2024-ün seçmə mərhələsində 5 oyunda 5 qol vurub. J qrupunda turnir cədvəlinə Portuqaliya millisi liderlik edir. Komandanın 15 xalı var.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner