"Zirə" və "Birbaşa Bakı" ÇL-də 1/4 finala yüksəldi

"Zirə" və "Birbaşa Bakı" ÇL-də 1/4 finala yüksəldi
XƏBƏR 8 Sentyabr 2023 / 14:20 2634
-  A +

Azərbaycanın minifutbol üzrə "Zirə" və "Birbaşa Bakı" komandaları Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən turnirdə "Birbaşa Bakı" 1/8 finalda Ukraynanın “Andezit” komandasını 2:1 hesabı ilə üstələyib.

"Zirə" isə 1/8 finalda Macarıstan təmsilçisi "PFF Szanto"nu 4 cavabsız qolla məğlub edib.

Beləliklə, Çempionlar Liqasının son səkkiz iştirakçısı arasında ölkəmiz ilk dəfə olaraq iki komanda ilə təmsil olunacaq. 

Daha çox


Son xəbərlər
topaz banner