Belçika millisinin heyətində dəyişiklik

Belçika millisinin heyətində dəyişiklik
XƏBƏR 8 Sentyabr 2023 / 11:00 3354
-  A +

Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq Belçika yığmasının heyətində dəyişiklik baş verib.

Qol.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yığmanın baş məşqçisi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə dəvət edib. 

Qeyd edək ki, sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan - Belçika qarşılaşması saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner