Milliyə qatıla bilməyəcək

Milliyə qatıla bilməyəcək
XƏBƏR 7 Sentyabr 2023 / 20:25 2037
-  A +

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Almaniya millisinin sentyabr ayındakı matçları üçün yığmaya qatılmayacaq.

Qol.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi belindəki zədəni tam sağaltmayıb. Bununla əlaqədar olaraq Musiala Yaponiya (9 sentyabr) və Fransa (12 sentyabr) ilə yoldaşlıq görüşlərindən imtina etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Musiala 2021-ci ildən Almaniya millisində çıxış edir. O, 20 oyunda bir qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner