Vaqif Cavadov cəzalandırıldı

Vaqif Cavadov cəzalandırıldı
XƏBƏR 7 Sentyabr 2023 / 13:01 4673
-  A +

AFFA İntizam Komitəsi "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna onun Əvəzedicilər Liqasının 5-ci turunda  "Neftçi-2"yə qarşı oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub

Cavadov 2 oyun cəzalanıb, “Sumqayıt-2” 150 manat cərimə edilib.

Qeyd edək ki, V.Cavadov apreldən "Sumqayıt-2"ni çalışdırır.

Daha çox


Son xəbərlər
topaz banner