Ronaldo 20 il sonra "Qızıl top"dan kənarda

Ronaldo 20 il sonra "Qızıl top"dan kənarda
XƏBƏR 7 Sentyabr 2023 / 01:00 2522
-  A +

İlin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatına namizədlər arasında "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo yer almayıb.

Qol.az xəbər verir ki, o, 30 nəərin olduğu siyahıda yer almayb.

Bu, son 20 ildə ilkdir. 38 yaşlı hücuçu sonuncu dəfə 2003-cü ildə namizədlər arasında olmayıb.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarında "Əl Nəsr"ə (Səudiyyə Ərəbistanı) keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Portuqaliyalı forvard komandanın heyətində 24 oyunda 20 qol vurub və 7 qolun ötürməsini edib.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Mükafatın son qalibi bu yay "Real"dan ayrılaraq "Əl-İttihad"a keçən Kərim Benzemadır.

Daha çox


Son xəbərlər
topaz banner