"Ferensvaroş"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda "İnter"in və Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Stankoviçə tapşırılıb.
Mütəxəssis iyulda istefaya göndərilən Stanislav Çerçesovu əvəzləyib. Müvəqqəti olaraq isə baş məşqçi vəzifəsini Mate Çaban yerinə yetirirdi.
Qeyd edək ki, Stankoviçin məşqçilik karyerası 2014-cü ildə başlayıb. O, 5 il ərzində “Udineze” və “İnter”in baş məşqçilərinə köməklik edib. 2019-2022-ci illərdə Stankoviç "Srvena Zvezda"nı çalışdırıb, Serbiya kubokunu qazanıb və 3 dəfə ölkə çempionu olub. Stankoviçin son iş yeri "Sampdoriya" olub. Onun komandası ötən mövsüm 38 matçda cəmi 19 xal toplayıb və İtaliya çempionatını 20-ci pillədə başa vuraraq B Seriyasına düşüb.
Stankoviç futbolçu karyerasında “Srvena Zvezda”, “Latsio”, “İnter” kimi komandalarda çıxış edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı