“Maraqlı bir çempionat izləyirik. Lider komandaların oyunlarında gözlənilməz nəticələr qeydə alınır. Hazırda sonuncu yerdə gedən komandanın liderdən xal almaq imkanı var”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
O, çempionatda gözlənilməz mənzərənin yaranmasının səbəbi kimi “Qarabağ” və “Sabah”ın daxili liqada uğursuz çıxışlarını göstərib: “Uduzmayan komanda yoxdur. Lider “Zirə”də uduzub, “Qarabağ” da, “Sabah” da. Heç kim deyə bilmir ki, liderlər qrupunda olan bir komanda filan rəqibinə qalib gələcək. Çempionatın belə gedişatı “Sabah” və “Qarabağ”ın gözlənilən nəticələri verməməsi ilə bağlıdır. “Qarabağ” və “Sabah” turnir cədvəlində heç öyrəşmədiyimiz pillələrdədir. İndiyə qədər bunu görməmişdik. Bunun səbəblərindən biri odur ki, digər komandalar bu mövsüm daha yaxşı komplektləşiblər. “Qarabağ” hər iki cəbhədə oynayanda gücünü bərabər bölməyi bacarırdı. Avroliqada oynayan futbolçu daxili çempionatda istirahət edirdi. Bunu çox yaxşı bacarırdılar. Hər iki heyət çempion olmağı bacaran komanda idi. Ona görə də iki cəbhədə mübarizə aparan zaman çətinliklər hiss edilmirdi. Amma indi bu baxımdan bir az geriləmə var. Məsələn, “Kəpəz” və “Araz-Naxçıvan”la oyunlardan bunu gördük. Baxmayaraq ki, oyun planında heç bir dəyişiklik yoxdur, amma yerli liqada əvvəlki nəticələr qazanılmır. Bundan əvvəlki oyunçular tapşırıqların öhdəsindən gələ bilirdilər, indikilər isə gələ bilmir. Bu qədər sadədir".
A.Kərimov bildirib ki, “Sabah”da da oyunçu problemi var: "Komandanı tərk edən Aleksey Kaşuk və Coy Lens Mikels ötən mövsüm ikisi birlikdə 35 qol vurmuşdu. Buna görə də “Sabah” indi bu cür çətinliklə üzləşir.
“Qarabağ” və “Sabah” heyətini gücləndirməsə, çempionluq uğrunda işləri çətin olacaq. Hərçənd ki, “Qarabağ” Avropa Liqasının oyunlarından sonra yenə də çempionluğa əsas namizədlərdən biri ola bilər. Amma buna qədər gərək xallar qazanılsın”.
A.Kərimov qış fasiləsinə qədər çempionatda bu cür gözlənilməz nəticələrin bol olacağını qeyd edib: “Biz liderlərin problemlərini saydıqca digər komandaların güclənməsini də qeyd etməliyik. “Səbail” “Qarabağ”a qalib gəldiyi son oyunda müxtəlif vaxtlarda rəqibindən daha üstün oldu. Yəni deyə bilmərik ki, “Qarabağ” “Səbail”in qapısı ağzında oynayırdı. Görürük ki, çempionatda komandaların gücləri bir-birinə yaxınlaşmağa doğru gedir. Mən əminəm ki, aşağı pillələrdə olan komandaların büdcələri liderlərin büdcəsinə yaxınlaşsa, çempionun kimin olacağını sona qədər müəyyən etmək mümkün olmayacaq”.
A.Kərimov Avro-2024-ün seçmə mərhələsində millimizin sentyabrın 9-da Bakıda Belçika yığması ilə qarşılaşacağı oyun haqda da danışıb: “Kimlə oynayacağımızı hamımız bilirik. Belçika millisi bir neçə il əvvəl dünya reytinqində birinci idi. Heyətlərinə, oyunçularının hansı çempionatdan gəldiklərinə baxsaq, bizim milli ilə müqayisə ediləsi deyil. Ona görə də hazırda millimizdən çox da böyük şeylər gözləməyin mənası yoxdur.
Biz nəyin sayəsində bu oyunda yaxşı nəticə qazana bilərik? Yalnız güclü konsentrasiya ilə müdafiədə heç bir səhv buraxmasaq və yaratdığımız cüzi qol imkanlarını reallaşdıra bilsək, xal və ya xallar qazanmaq imkanımız var. Amma ümumi götürsək, bizim Belçikadan xal almağımız çox çətin görünür”.
Ramiq Ağaməmmədov
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu