Mourinyodan narazıdırlar

Mourinyodan narazıdırlar
XƏBƏR 6 Sentyabr 2023 / 17:58 2041
-  A +

"Roma"nın futbolçuları baş məşqçi Joze Mourinyonun işindən narazıdırlar.

Qol.az xəbər verir ki, bu barədə radioradio.it məlumat yayıb.

A seriyasının 3-cü turunda “Milan”a məğlubiyyətdən (1:2) sonra “Roma” futbolçuları 60 yaşlı mütəxəssislə oyun üçün taktika üstündə açıq münaqişəyə giriblər.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “Roma”nu çalışdırır. 3 turdan sonra "Roma" A seriyasının turnir cədvəlində 18-ci pillədə qərarlaşır.

Daha çox


Son xəbərlər
topaz banner