"Neftçi" üç futbolçusunu icarəyə verib

"Neftçi" üç futbolçusunu icarəyə verib
XƏBƏR 6 Sentyabr 2023 / 13:14 3389
-  A +

“Neftçi”nin üç futbolçusu 1 il müddətinə icarəyə verilib. 

Qol.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Bu müddətdə Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da (birinci liqa), Xəyal Nəcəfov “Turan Tovuz”da (Premyer Liqa) çıxış edəcək.

“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Ötən mövsümdə əsas komandamızın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.

Daha çox


Son xəbərlər
topaz banner