Kasper Şmeyxelin yeni klubu bilindi

Kasper Şmeyxelin yeni klubu bilindi
XƏBƏR 6 Sentyabr 2023 / 01:25 3788
-  A +

Məşhur qapıçı Kasper Şmeyxelin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 36 yaşlı qolkiper Belçika "Anderlext"inə keçib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kasperin son klubu "Nitsa" olub. O, 2022/23 mövsümündə bu komandanın heyətində 46 matça çıxıb və 47 qol buraxıb. Danimarkalı futbolçu karyerası ərzində "Mançester Siti", "Lids Yunayted". "Lester" kimi komandaların formasını da geyinib.

Daha çox


Son xəbərlər
topaz banner