"Qarabağ"ın rəqibi hücumçusu ilə yolları ayırdı

"Qarabağ"ın rəqibi hücumçusu ilə yolları ayırdı
XƏBƏR 5 Sentyabr 2023 / 17:16 2111
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Hakken" futbolçusu İbrahim Sadiqi satıb.

Qol.az xəbər verir ki, qanalı hücumçu "AZ Alkmaar"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sadiq bu mövsüm "Hakken"in heyətində 18 oyunda 13 qol vurub.

Əlavə edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. "Qarabağ"la birlikdə H qrupunda “Hakken” ilə yanaşı,"Bayer" və "Molde"də yer alıb. Ağdam təmsilçisi "Hakken" ilə 2-ci turda, oktyabrın 5-də səfərdə qarşılaşacaq. Bu komandalar arasında 6-cı turdakı matç dekabrın 14-də Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner