Braziliyalı futbolçu Neymar argentinalı Lionel Messi ilə birlikdə PSJ-də çıxış etdiyi vaxtları xatırlayıb.
Qol.az xəbər verir ki, 31 yaşlı forvard "Globo" telekanalına müsahibəsində Paris təmsilçisində Messiyə qarşı haqsızlıq edildiyini düşündüyünü deyib:
“Messi keçən mövsüm sikkənin hər iki tərəfini gördü. O, Argentina yığması ilə dünya çempionatını qazanaraq cənnətə getdi, Parisdə isə cəhənnəmə keçdi. Parisdə Messi ilə mən cəhənnəmdəki kimi idim.
Biz əsəbiləşirdik, çünki ən yaxşı tərəfimizi göstərmək, çempion olmaq istəyirdik. Ona görə birləşmişdik. Tarix yazmağı planlaşdırırdıq. Təəssüf ki, bacara bilmədik. Fikrimcə, Parisdə Messiyə qarşı haqsızlıq edilib, futbol nöqteyi-nəzərindən o, belə münasibətə layiq deyildi”.
Qeyd edək ki, 31 yaşlı Neymar PSJ-də 6 mövsüm keçirib, 5 dəfə Liqa 1 çempionu olub. O, bu ilin yayında Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə 2 illik müqavilə imzalayıb. Messi isə bu ilin yayında "İnter Mayami"yə keçib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı