"Neftçi" Qəbələdə təlim-məşq toplanışına başlayır

"Neftçi" Qəbələdə təlim-məşq toplanışına başlayır
XƏBƏR 5 Sentyabr 2023 / 14:31 1550
-  A +

Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək.  Komanda 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.

Daha çox


Son xəbərlər
topaz banner