"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan klubuna keçir

"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan klubuna keçir
XƏBƏR 5 Sentyabr 2023 / 10:47 7483
-  A +

“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidika karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hücumçu “Sabah”la razılığa gəlib. 27 yaşlı forvard paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Yesse və "Sabah" tezliklə yeni müqavilə imzalayacaqlar.

Qeyd edək ki, Yesse 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulsa da, komandanın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik bu futbolçu ilə müqavilə imzalamaqdan imtina etmişdi.

Əlavə edək ki, Sekidka 2020-2022-ci illərdə müqavilə ilə “Qalatasaray”a məxsus olub və bu müddət ərzində müxtəlif klublarda icarə əsasında çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner