"Barselona" Xavi ilə razılaşdı

"Barselona" Xavi ilə razılaşdı
XƏBƏR 5 Sentyabr 2023 / 10:30 3127
-  A +

"Barselona"baş məşqçisi Xavi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər olacaq.

Qeyd edək ki, 42 yaşlı Xavi 1995-2015-ci illərdə "Barselona"nın futbolçusu olub. O, 2021-ci ilin noyabrından Kataloniya təmsilçisinin baş məşqçisi olub. Xavinin hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Ötən mövsüm onun rəhbərliyi altında "Barselona" İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner