"Mançester Yunayted" Qrinvudu icarəyə verdi

"Mançester Yunayted" Qrinvudu icarəyə verdi
XƏBƏR 5 Sentyabr 2023 / 09:02 1664
-  A +

"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İspaniyada davam etdirəcək.

Qol.az xəbər verir ki, "qırmızı şeytanlar" onu "Xetafe"yə icarəyə verib. Bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, Meysonun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Daha əvvəl "Mançester Yunayted" hücumçu ilə yollarını ayırmaq istədiyi haqda bəyanat yaymışdı. Qrinvud özü də “qırmızı şeytanlar” rəhbərliyinin bu qərarı ilə razılaşmışdı.

Xatırladaq ki, Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunmuşdu və 18 aydan çox “Mançester Yunayted”də oynamamışdı.

Daha çox


Son xəbərlər
topaz banner