"Arsenal"da ciddi itki

"Arsenal"da ciddi itki
XƏBƏR 4 Sentyabr 2023 / 17:25 2038
-  A +

London “Arsenal”ının mərkəz yarımmüdafiəçisi Tomas Parti zədələnib.

Qol.az xəbər verir ki, o, komandanın məşqi zamanı sıradan çıxıb. Bu barədə "Arsenal"ın baş məşqçisi Mikel Arteta danışıb.

O, 30 yaşlı yarımmüdafiəçinin bir müddət oynamayacağını bildirsə də, yaşıl meydanlara nə vaxt qayıdacağını açıqlamayıb. Futbolçu zədə səbəbindən beynəlxalq fasilədə Qana millisinin düşərgəsinə də getməyəcək.

"Daily Mail"in məlumatına görə, Parti ən az 6 həftə oynamahyacaq.

Qeyd edək ki, Tomas bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 4 oyuna çıxıb (326 dəqiqə), 1 sarı vərəqə alıb.

Daha çox


Son xəbərlər
topaz banner