"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu
XƏBƏR 3 Sentyabr 2023 / 22:30 3581
-  A +

İsveç çempionatında 22-ci turun görüşləri davam edir.

Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Hekken" bu gün səfərdə "Degerfors"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 62-ci dəqiqədə Elyas Bouzaiene vurub.

22 turdan sonra 44 xal toplayan "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Hekken"lə yanaşı "Bayer" və "Molde" ilə mübarizə aparacaq.


Son xəbərlər
topaz banner