"Mançester Siti"dən "Çelsi"yə keçdi

"Mançester Siti"dən "Çelsi"yə keçdi
XƏBƏR 1 Sentyabr 2023 / 15:13 2879
-  A +

"Çelsi" "Mançester Siti"nin futbolçusu Koul Palmeri transfer edib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. İngiltərəli yarımmüdafiəçi ilə 7+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Palmer "Mançester Siti"nin yetirməsidir. Bu mövsüm o, komandanın heyətində 3 matçda 2 qol vurub. 

Daha əvvəl insayder Fabrizio Romano bildirmişdi ki, London təmsilçisi hücumameyilli yarımmüdafiəçi üçün “şəhərlilər”ə təxminən 46 milyon avro ödəyəcək, daha 6 milyon avro isə bonus olaraq veriləcək.


Son xəbərlər
topaz banner