"Kəpəz" gürcüstanlı futbolçu transfer edir

"Kəpəz" gürcüstanlı futbolçu transfer edir
XƏBƏR 1 Sentyabr 2023 / 13:59 2227
-  A +

"Telavi"nin (Gürcüstan) futbollçusu Giorgi Papunaşvili karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə goal.ge məlumat yayıb. Bildirilir ki, 27 yaşlı gürcüstanlı hücumçu "Kəpəz"ə keçəcək. Onun  artıq Gürcüstandan Azərbaycana gəldiyi qeyd olunub. 

Papunaşvili mövsümün ilk yarısını “Samtredia”da keçirib. O, daha sonra ancaq kubok matçında meydana çıxdığı “Telav”a transfer olunub.

Qeyd edək ki, "Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov,  Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Vüsal Məsimov, Şakir Seyidovu (icarə, "Sabah") transfer edib.


Son xəbərlər
topaz banner