"Mançester Yunayted" qapıçısını satdı

"Mançester Yunayted" qapıçısını satdı
XƏBƏR 1 Sentyabr 2023 / 10:18 2739
-  A +

"Mançester Yunayted" qapıçısı Din Hendersonu satıb.

Qol.az xəbər verir ki, 26 yaşlı qolkiper karyerasını "Kristal Pelas"da davam etdirəcək. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Kristal Pelas" futbolçu üçün 17,5 milyon avro ödəyəcək. Tərəflər arasında 5 illik (2028-ci ilin iyun ayının sonuna qədər) müqavilə imzalanıb.

Qeyd edək ki, Henderson 2022/2023 mövsümündə icarə əsasında "Nottinqem Forest"də çıxış edib. Qapıçı bütün yarışlarda 20 oyuna çıxıb. Onun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədə idi. "Transfermarkt" internet portalına görə, bu oyunçunun təxmini dəyəri 18 milyon avrodur.


Son xəbərlər
topaz banner