"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
XƏBƏR 1 Sentyabr 2023 / 09:29 7260
-  A +

“Qarabağ”ın Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində Bakıda Sloveniya “Olimpiya”sı ilə 1:1 hesablı ilə heç-heçə edərək, ölkə reytinqinə 0,125 xal əlavə edib.

Azərbaycan hazırda 29-cu pillədədir. Bununla ölkənin 2023/24 mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatıb. 28-ci yerdəki Slovakiya ilə aradakı fərq 0,500 xaldır.

Reytinqə 89,178 xalla İngiltərə liderlik edir. İspaniya (75,989) 2-ci, İtaliya (71.712) isə 3-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner