"Sözün əsl mənasında kluba, komanda yoldaşlarıma məni yaxşı qəbul etdiyi üçün təşəkkür edirəm. Böyük tarixi olan klubu təmsil etmək qürurdur. Əlimdən gələni edəcəm ki, "Neftçi"nin uğurlarına faydam olsun".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Dieqo Valdez klubun telekanalına açıqlamasında deyib.
"Bir neçə həmyerlimin burada oynadığını bilirəm. Amma onlarla danışmaq imkanım olmayıb. Onlar burada necə yaxşı olubsa, mən də bunu davam etdirmək istəyirəm" - deyə o bildirib.
Paraqvaylı yarımmüdafiəçi sağlam rəqabətin komanda üçün faydalı olduğunu vurğulayıb: "Hər oyunçu üzərində təzyiq hiss edir və özünü yaxşı tərəfdən göstərməyə çalışır. Son qərarı məşqçi verir. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim, məşqçi də məni seçsin".
"Neftçi" Dieqo Valdezlə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu 6 nömrəli formanı geyinəcək.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı