"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın rəqibindən yeni transfer
XƏBƏR 30 Avqust 2023 / 21:58 2701
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpiya" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Sloveniya təmsilçisi Albaniya "Eqnatiya"sından Redi Kasanı transfer edib. 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, "Qarabağ" Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü sabah Bakıda olacaq.


Son xəbərlər
topaz banner