"Milan" futbolçusunu icarəyə verdi

"Milan" futbolçusunu icarəyə verdi
XƏBƏR 30 Avqust 2023 / 19:29 1587
-  A +

"Milan" futbolçusu Aleksis Salemakersi icarəyə verib.

Qol.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını "Bolonya"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Aleksislə mövsümün sonunadək müqavilə imzalanıb. 

"Bolonya" belçikalı üçün "Milan"a 500 min avro ödəyib. Sözləşməyə birdəfəlik satın ala bilmə bəndi dədaxildir. Klub istəsə, 10 milyon avro ödəyərək futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Milan" Aleksis Salemakersi 2020-ci ilin yanvar ayında "Anderlext"dən transfer edib. O, komandanın heyətində 140 rəsmi matçda 10 qol vurub və 14 qolun ötürməsini verib. 


Son xəbərlər
topaz banner