Renat Dadaşov "Qrasshopper"dən gedirmi? - Klubdan açıqlama

Renat Dadaşov "Qrasshopper"dən gedirmi? - Klubdan açıqlama
XƏBƏR 30 Avqust 2023 / 13:58 4148
-  A +

İsveçrə “Qrasshopper”ində çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşovun klubdakı gələcəyi qeyri-müəyyəndir.

Qol.az nau.ch saytına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Bernt Haas məlumat verib. O, 24 yaşlı hücumçu ilə bağlı təkliflərin olduğunu vurğulayıb: "Dadaşovla biz variantları nəzərdən keçiririk".

Xatılradaq ki, mətbuatda oyunçu ilə Türkiyə Superliqa təmsilçiləri "Sivasspor", "Qaziantep" və "Konyaspor"un maraqlandığı xəbəri yayılıb.

Qeyd edək ki, Dadaşovun "Qrasshopper"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Renat bu mövsüm 4 oyunda 1 qol vurub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner