"Yuventus"dan digər A seriyası klubuna

"Yuventus"dan digər A seriyası klubuna
XƏBƏR 29 Avqust 2023 / 10:38 1483
-  A +

"Yuventus" futbolçusu Mattias Souleni icarəyə verib.

Qol.az xəbər verir ki, o, karyerasını A seriyası təmsilçisi "Frozinone"də davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyun ayının sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm argentinalı futbolçu Turin təmsilçisinin heyətində bütün yarışlarda 19 oyun keçirib və 1 qol vurub.


Son xəbərlər
topaz banner