Andrea Anyellinin cəzası yüngülləşdirildi

Andrea Anyellinin cəzası yüngülləşdirildi
XƏBƏR 29 Avqust 2023 / 10:16 1296
-  A +

"Yuventus"un sabiq prezidenti Andrea Anyellinin ona verilən cəza ilə bağlı İtaliya Futbol Federasiyasına müraciəti müsbət cavablandırılıb.

Qol.az xəbər verir ki, iyul ayında Anyelli maliyyə fırıldağına görə İtaliyanın Federal Apellyasiya Məhkəməsi tərəfindən 16 ay müddətinə futboldan kənarlaşdırılmışdı və 60 min avro cərimələnmişdi.

Andrea Anyellinin müraciətindən sonra cəza 10 aya, cərimə isə 40 min avroya endirilib.

Qeyd edək ki, A.Anyelli 2010-cu ildən ötən ilin qışınadək Turin təmsilçisinin prezidenti olub.


Son xəbərlər
topaz banner