La Liqa rekordunu qırdı

La Liqa rekordunu qırdı
XƏBƏR 28 Avqust 2023 / 09:35 3763
-  A +

"Barselona"nın futbolçusu Lamin Yamal La Liqanın 3-cü turunda "Vilyarreal"la oyunda rekorda imza atıb.

Qol.az xəbər verir ki, o, görüşün 12-ci dəqiqəsində Qavinin vurduğu qolun ötürməsini verib.

16 yaş 45 günlüyündə olan müdafiəçi bununla da La Liqada qol ötürməsi verən ən gənc futbolçu olub.

Daha əvvəl bu rekord 2019-cu ilin sentyabrında 16 yaş 318 gündə qol ötürməsi verən Ansu Fatiyə ("Barselona") məxsus idi. .


Son xəbərlər
topaz banner