"Napoli" Xviça ilə müqaviləni uzadır

"Napoli" Xviça ilə müqaviləni uzadır
XƏBƏR 27 Avqust 2023 / 16:57 1763
-  A +

"Napoli" yarımmüdafiəçisi Xviça Kvaratsxeliya lə tezliklə yeni müqavilə imzalayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

Xviçanın agenti Mamuka Cuqeli müqavilənin uzadılması ilə bağlı İtaliya klubu ilə danışıqlar aparmaq üçün bu gün Neapola gəlib. Əsas vəzifə hazırda mövsümdə 1,4 milyon avro olan cari maaşı tənzimləməkdir.

Həmçinin qeyd olunur ki, klub prezidenti Aurelio De Laurentiis öz oyunçularını rəqib düşərgəsinə mümkün keçidlərdən qorumaq istəyir. Buna görə də o, futbolçuları ilə müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Xviça ötən ilin yayından "Napoli"də oynayır. 22 futbolçu Azərbayan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur. 


Son xəbərlər
topaz banner