U-18 millisi 1-ci Liqa klubuna uduzdu

U-18 millisi 1-ci Liqa klubuna uduzdu
XƏBƏR 26 Avqust 2023 / 20:50 1647
-  A +

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. 

Qol.az xəbər verir ki, komanda 1-ci Liqa təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Bu görüşdə U-18 yığması 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı avqustun 31-ə kimi davam edəcək.


Son xəbərlər
topaz banner