"Kəpəz"də "Qarabağ"la oyun öncəsi itkilər

"Kəpəz"də "Qarabağ"la oyun öncəsi itkilər
XƏBƏR 26 Avqust 2023 / 18:42 1988
-  A +

"Kəpəz" Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı "Qarabağ"la səfər oyununa itkilərlə yollanıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Vurğun Hüseynov, Abdullahi Şuaybu, Ehtiram Şahverdiyev və Mate Kvirkviya zədəyə görə oyunu buraxacaq. Mahir Həsənovun vəziyyətinə isə oyun günü aydınlıq gələcək. 

Cəza dövrü bitməyən Elmir Tağıyev də görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək sözügedən görüş saat 20:45-də başlayacaq.


Son xəbərlər
topaz banner