Koutinyo da ərəb klubuna keçir

Koutinyo da ərəb klubuna keçir
XƏBƏR 26 Avqust 2023 / 14:28 2558
-  A +

"Aston Villa"nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını Qətərdə davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 31 yaşlı futbolçu Qətərin "Al Duhail" klubuna keçməyə hazırlaşır. Tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. 

Qeyd edək ki, ötən mövsüm Koutinyo “Aston Villa”nın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb və 1 qol vurub. "Transfermarkt" futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir. O, həmçinin karyerası ərzində "İnter", "Barselona", "Bavariya" və "Liverpul"da da oynayıb.


Son xəbərlər
topaz banner