Dadaşov dubl etdi, komandası qələbə qazandı

Dadaşov dubl etdi, komandası qələbə qazandı
XƏBƏR 26 Avqust 2023 / 12:34 3076
-  A +

Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) “Jena” ilə qarşılaşıb. Matç “Dinamo”nun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Dadaşov meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Rüfət vurub. O, 34 və 37-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində  10 xalla 3-cüdür. 

"Dinamo" - "Jena" - 2:1

Qollar: Rüfət Dadaşov, 34, 37 - Yosuaa Endres, 31


Son xəbərlər
topaz banner