"İnter" onu icarəyə verdi

"İnter" onu icarəyə verdi
XƏBƏR 26 Avqust 2023 / 09:09 1726
-  A +

"İnter" futbolçusu Xoakin Korreanı icarəyə verib.

Qol.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını "Marsel"də davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Korrea ötən mövsüm "İnter"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib. O, Argentina millisində 20 oyun keçirib. 


Son xəbərlər
topaz banner