"Barselona" Ter Ştegenlə müqaviləni uzatdı

"Barselona" Ter Ştegenlə müqaviləni uzatdı
XƏBƏR 25 Avqust 2023 / 16:58 1307
-  A +

"Barselona" futbolçusu Mark-Andre ter Ştegen ilə müqaviləsini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Almaniyalı qolkiperlə 5 illik sözləşmə imzalanıb. Müqavilədəki təzminat dəyəri isə 500 milyon avrodur.

Ter Ştegenin klubun La Liqa normalarına uyğunlaşması üçün ilk iki illik müqavilə maaşının böyük bir hissəsindən imtinaetdiyi bildirilir. Futbolçu bu pulu müqavilənin son 3 ilində alacaq.

Xatırladaq ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir.


Son xəbərlər
topaz banner