Cavid Hüseynov yeni klubu ilə müqavilə imzaladı

Cavid Hüseynov yeni klubu ilə müqavilə imzaladı
XƏBƏR 25 Avqust 2023 / 13:58 8049
-  A +

Yeni mövsümdə  2-ci liqada mübarizə aparacaq "Cəbrayıl" Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək.

Qol.az xəbər verir ki, 35 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub. Futbolçu kimi "Turan", "Neftçi", "Adana Demirspor", "Bakı", "Qəbələ", "Zirə" klublarında çıxış edib.

2021-ci ildən "Cəbrayıl"da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyer Liqada "Şamaxı"nın baş məşqçisi  olub. 2022-ci ildə "Cəbrayıl" ilə Azərbaycan Region Liqasının qalibi olub.


Son xəbərlər
topaz banner